Müxtəlif silah-sirsatlar təhvil verilib

post-img

Dekabrın 16-17-də ölkə ərazisində qeydə alınan 108, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 41 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.

Həmin günlərdə polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 4 ədəd qumbara, 2 patron darağı,  60 ədəd müxtəlif çaplı patron və 37 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Əməliyyat tədbirləri ilə paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng və 53 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib. Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı "AK-74" markalı avtomat, 2 ədəd avtomat sandığı və 60 ədəd patron müvafiq qaydada götürülüb.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan tədbirlər nəticəsində son iki gün ərzində rayon sakinləri tərəfindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

XQ



Sosial həyat