Ulu Öndərin 100 illiyi münasibətilə Türkiyədə çalışan azərbaycanlı alimlər bir araya gəliblər

post-img

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İstanbulda “Azərbaycanlı alimlərin türk elminə töhfəsi” mövzusunda görüş keçirilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyədə çalışan azərbaycanlı alimlər iştirak ediblər.

Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Heydər Əliyev və Azərbaycan diasporu” filmi nümayiş olunub.

Görüşdə TADEF-in rəhbəri Ədalət Turan Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulayıb, Ümummilli Liderin başlatdığı bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətindən söz açıb.

Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı professorlar Əmrullah Məmmədov, Elşən Vəli, Hacəli Nəcəfoğlu və Gülmira Kuruoğlu çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə və alimlərinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Görüşün sonunda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sosial həyat