Abşeron rayonunda Ümummilli liderin xatirəsi anılıb

post-img

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib. 

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH-in başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu öndərin xalqımız üçün gördüyü misilsiz xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışıb. 

Sonra YAP rayon təşkilatının sədri Abbas Əliyev, rayon mərkəzi xəstəxanasının direktoru Azər İsmayılov, RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildiriblər ki, Ulu öndərin azərbaycançılıq məfkurəsi milli birliyimizə, inkişafımıza xidmət edib. Qeyd edilib ki, Heydər Əliyev müdrik siyasəti sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası Ulu öndər tərəfindən qoyulan siyasət  dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. 

XQ

 



Sosial həyat