Rusiya paytaxtı dahi azərbaycanlını yad edib

post-img

Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil edib. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ulu öndərin xalqımız qarşısında xidmətlərindən danışıb. Səfirin sözlərinə görə, Azərbaycan–Rusiya əməkdaşlığı Heydər Əliyevin xarici siyasət strategiyasında xüsusi yer tuturdu. 

Diplomat xüsusi olaraq vurğulayıb ki, bu il Rusiyada Heydər Əliyevin anadan olmasının 100 illiyi geniş şəkildə qeyd olunub, ölkənin bir çox şəhərlərində Ulu öndərin yubileyinə həsr olunmuş mühüm elmi-təhsil, mədəni, idman tədbirləri keçirilib.  

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında qeyd edib ki, Rusiyada Heydər Əliyevin xatirəsini böyük səmimiyyət və ehtiramla yad edirlər. 

Tədbirdə TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın lentə aldığı “Liderin ürəyi” sənədli filmi nümayiş etdirilib. 

M.Qusman tədbirdə iştirak edən Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Elçin Əzizovdan filmdə səslənən mahnını ifa etməsini xahiş edib. Polad Bülbüloğlu royalın arxasına keçib, iştirakçıların gurultulu alqışları altında “Liderin ürəyi” mahnısını səsləndirib.

 

XQ

 

Son xəbərlər