Pakistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılib

post-img

Azərbaycanın Pakistandakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib.

     İlk öncə səfirliyin əməkdaşları Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstələri qoyub və Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

     Daha sonra Ümummilli Liderin Anım Günü ilə əlaqədar Pakistan Milli Kitabxanasında fəaliyyət göstərən Azərbaycan Mərkəzində səfir Xəzər Fərhadov Milli Kitabxananın rəhbərliyi və pakistanlı tələbələr qarşısında mühazirə oxuyub. Xatırladırıq ki, həmin Mərkəzdə Heydər Əliyev Guşəsi fəaliyyət göstərir.

     Səfir hər il dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünün anıldığını bildirib.

     X.Fərhadov mühazirə zamanı Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdən söhbət açaraq ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və inkişafındakı əvəzolunmaz fəaliyyətindən bəhs edib. 

     Səfir çıxışında Azərbaycan-Pakistan münasibətlərinə toxunub, iki ölkə arasındakı əlaqələrin inkişafının təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, Ulu Öndərin Pakistana səfəri barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. 

     Sonda Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

     Həmin gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə aztəminatlı ailələrin övladlarının təhsil aldığı “Camia Qasamia” mədrəsə-məscid kompleksində ehsan süfrəsi təşkil olunub.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad       







Sosial həyat