Moskvada Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş fotosərgi

post-img

Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan  Mədəniyyət Mərkəzində AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və ümummilli lider ­Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən 50-yə yaxın nadir fotoşəkil sərgilənir. Ulu öndərin Rusiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri ilə görüşlərinin, mətbuat konfranslarının, Rusiyanın müxtəlif regionlarına səfərlərinin əbədiləşdirildiyi fotomateriallar ziyarətçilərdə böyük maraq doğurub.

Tədbirin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, Rusiya mədəniyyətinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgi dekabrın sonunadək davam edəcək.

XQ

 



Sosial həyat