Azərbaycan kəlağayısı tariximiz, mədəniyyətimizdir

post-img

          Goranboyda “Azərbaycan kəlağayısı tariximiz, mədəniyyətimizdir“ mövzusunda maraqlı bir tədbir keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə şəhid ailələri, qazilər və ictimai fəallar iştirak edib. 

         Əvvəlcə Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. 

          Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Müasir Azərbaycanın banisi, Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını qurban vermiş Vətən övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

         «Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirdə xalqımızın tarixi adət-ənənələrini, milli irsimizi və mədəniyyətimizin dəyərlərini özündə yaşadan xalçaçılıq kitabları, ipək parçalar və kəlağayıdan ibarət sərgi və xüsusi videoçarx nümayiş etdirilib. 

         Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı, şəhid anaları və digər ziyalılar, Azərbaycan mədəniyyətinin mənəvi irsini, estetik dəyərlərini özündə əks etdirən kəlağayının yaranma tarixi, atributları və ornamentləri barədə danışıblar. Azərbaycanın birinci xanımı Hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayı sənətinin Heydər Əliyev Fondu tərəfindən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi xüsusi vurğulanıb. 

         Tədbirin sonunda icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid analarının hər birinə kəlağayı təqdim edib.

           

                     Hamlet Qasımov,
“XQ-nin bölgə müxbiri









Sosial həyat