Təhsil Tələbə Krediti Fondunda təhsil ekspertləri ilə görüş

post-img

Təhsil Tələbə Krediti Fondunun rəhbərliyi ilə təhsil ekspertlərinin görüşü keçirildi. 

“Xalq qəzeti” xəbər verir ki, görüşdə fondun gördüyü işlərə nəzər salındı.

Fondur rəhbəri Araz Paşayev bildirdi ki, təhsil tələbə krediti sistemini tətbiq etməklə əsas missiyamız təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Onun sözlərinə görə, təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməklə yüksək keyfiyyətli əlçatan təhsilə nail olmaq fondun əsas məqsədidir. 

Tədbirdə çıxış edən təhsil ekspertləri mövcud vəziyyəti dəyərləndirərək, bir sıra təkliflərini verdilər.

 

Rizvan FİKRƏTOĞLU

XQ



Elm