Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar–noyabr aylarında 45 min 500 nəfərə əlillik təyin edilib.
Onlardan 22 min 600 nəfərinə ilkin, 22 min 900 şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub. Eyni zamanda, qeyd olunan dövrdə agentliyin reabilitasiya müəssisələrində 78 min 900 şəxsə reabilitasiya xidmətləri göstərilib.
Z.HÜSEYNOVA
XQ