300-dək işsizə kiçik biznes imkanı

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Asso­siasiyasının birgə icra etdiyi “Özünüməş­ğulluğa dəstək–2023” layihəsi üzrə işsiz şəxslərə aktivlərin verilməsi prosesi da­vam edir. 

Layihə çərçivəsində artıq bu il 300-ə yaxın işsiz şəxsə aktivlər təqdim oluna­raq kiçik biznesləri yaradılıb. Onların ək­sər hissəsi şəhid ailələrinin üzvləri, mü­haribə iştirakçıları, əlilliyi olan şəxslər və digər həssas qruplardan olanlardır.

Qeyd edək ki, özünüməşğul­luq proqramının genişləndirilməsində önəmli rol oynayan “Özünüməşğulluğa dəstək–2023” layihəsinə 23 bank qoşu­lub. Layihə üzrə 2023-cü ildə 300 işsiz şəxsin kiçik bizneslərinin yaradılması nəzərdə tutulub.

Z.HÜSEYNOVA 
XQ

Sosial həyat