Tənqidçi oxucu qarşısında

post-img

Çağdaş Azərbaycan ədəbiyyatının sayılıb-seçilən imzalarından olan tənqidçi, şair, tərcüməçi Əsəd Cahangirin bədii-elmi yaradıcılıq nümunələri həmişə maraqla qarşılanıb. Onun məqalələrində reallıqla mistika çulğalaşır, ədəbi prosesə tənqidçi baxışı əhatəli və bütöv olur. 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilat­çılığı ilə gənclik şəhərindəki Poeziya Evində Əsəd Cahangirlə keçirilən görüşdə bu fikirlər xüsusi vurğulanıb. Poeziya Evinin direkroru, AYB-nin Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB səd­rinin müşaviri Rauf Aslanov, AYB- nin katibi, yazıçı-dramarurq, publisist Elçin Hüseynbəyli, AYB Lənkəran bölməsinin sədri Qa­far Cəfərli, şair Daməd Salmanoğlu çıxışlarında Əsəd Cahangi­rin Azərbaycan ədəbiyyatında yeri və rolundan konkret faktlar əsasında ətraflı söhbət açıblar. 

Sonra görüş tanınmış tənqidçi ilə birbaşa dialoq şəklində davam edib. Əsəd Cahangir onun görüşünə gəlmiş oxucuların çoxsaylı suallarını cavablandırıb, müasir Azərbaycan ədəbiyyatı və onun problemləri ilə bağlı məsələlərdən bəhs edib və dünya arenasına çıxarıla biləcək əsərlər üçün başlıca tələblərin nələr­dən ibarət olduğunu açıqlayıb. 

XQ

Sosial həyat