Şeir məclisi, ədəbi müzakirə

post-img

Azərbaycan Dövlət Teatr Muzeyində Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin katibi Riad Cəbrayı­lov “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndi­rici və interaktiv görüşlərin keçirildiyini bildirib. Milli ədəbi mühitin formalaş­masında gənclərə olan diqqət və qay­ğıdan söhbət açan Riad Cəbrayılov bu səpkidə keçirilən müxtəlif tədbirlərdən də bəhs edib. 

Sonra şair Baba Vəziroğlu geniş təqdimatla çıxış edərək Ulu öndər Heydər Əliyevlə bağlı olan xatirələrin­dən, eləcə də müasir Azərbaycan ədə­biyyatı və şeiriyyətinin inkişafı barədə söhbət açıb. Şair son dövrdə yazdığı şeirlərdən parçalar söyləyib.

Görüş “Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyev amili”, “Mə­dəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiy­yatının rolu” və “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: Yaradıcı səna­yenin inkişafı kontekstində müasir ya­zarlıq ənənələrinə baxış” mövzularında panel müzakirələrlə davam edib. Audi­toriyanın çoxsaylı sualları cavablandı­rılıb.

F.HÜQUQQIZI
XQ

Mədəniyyət