Qarabağa sağlam ətraf mühit və minasız həyat

post-img

Dekabrın 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam edib.

Forum çərçivəsində Ağdam Kon­frans Mərkəzində panel müzakirələri olub. 

Vətəndaş cəmiyyəti təmsilçisi Orxan Amaşovun moderatorluğu ilə ke­çirilən müzakirələrdə ANAMA-nın şöbə müdiri Adil Aslanov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov, BMTİP eksperti Don Makdonald, siyasi analitik Hamdi Ri­fai, Türkiyənin Siyasət, İqtisadiyyat və Araşdırmalar Mərkəzinin eksperti Mus­tafa Caner, “Piyada Əleyhinə Minaların Aşkarlanması İnkişafı” İB-nin eksperti İtamar Levy, “Minadan Azad Sarayeva” layihəsinin rəhbəri, “Minaaxtaran itlər” Mərkəzinin direktor müavini Mariya Tr­lin, Humanitar Yardım Fondunun eks­perti Mehmet Altıntaş, Mina Məsləhət qrupunun Azərbaycan üzrə direktoru Joanne La Terriere, UNICEF-in hu­manitar minatəmizləmə üzrə eksperti Tetiana Kazanzhy və digər ekspertlər minanın törətdiyi qorxulu fəsadlardan, ondan qorunma və maarifləndirmə yol­larından bəhs ediblər. 

Tədbirin sonunda forum iştirakçıları adından dünya ictimaiyyətinə müraciət səslənib.

XQ



Sosial həyat