Limfa – canlı filtr

post-img

Bioloji filtr, orqanizmi virus və bədxassəli hüceyrələrdən qoruyan limfaları təmizləmək sağlamlığın açarıdır. Bunun üçün xüsusi qayda yoxdur, sadəcə düzgün qidalar seçilməlidir. 

Rusiyalı mütəxəssislər və qidalara nəzarət üzrə ekspertlər limfalar üçün ən faydalı qidanı açıqlayıblar. Onlar bildiriblər ki, limfaların sağlamlığı üçün əsasən, qırmızı rəngdə meyvə və tərəvəzlər seçilməlidir. Məsələn, nar, çuğundur, alma, zoğal, moruq, gilas, qırmızı kələm və s. Onlarda çoxlu bi­oflavonoidlər var ki, toksiki maddə və sərbəst radikalları özünə hopdurub zərərsizləşdirir. 

Çiy və ya buxarda bişmiş tərəvəz və giləmeyvələrdə olan liflər həm ba­ğırsağı, həm də limfa sistemini təmiz­ləyir.

Limfa sisteminə həm də maye la­zımdır, bu da çiy meyvə-tərəvəzdə olur. 

Limfanın sevimli dostları: yaşıl yarpaqlı göyərti, bütün növ kələmlər, kök, bibər, sarıkök, zəncəfil, darçın, istiot, sarımsaq, dəniz yosunu, biyan kökü, təmiz bitki yağları, qoz, çərəz, tumlardır.

Limfaların çirklənməsi, tıxanması müxtəlif səbəblərdən baş verə bilər.

Bu səbəblər zərərli qidalar, ətraf mühit, stress, su azlığı, çox oturmaq­dır. Mütəxəssislər sağlam qida qəbulu ilə bərabər, eyni zamanda, hərəkətdə olmağın, açıq havada çox gəzməyin də limfaların təmizlənməsində rolu ol­duğunu bildirirlər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat