Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” kitabı işıq üzü görmüşdür.
Ulu öndərin əziz xatirəsinə həsr olunmuş yeni nəşrdə onun Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edilir. “STAR” çap evində buraxılmış kitabın redaktoru Sailə Məhərrəmqızı, bədii tərtibatçısı Zibər İsayevadır.
Yeni nəşrin “XX əsrin mədəniyyət tarixində yeni dövr”, “Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti”, “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi”, “Heydər Əliyev və Azərbaycan teatrı”, “Heydər Əliyevin Nizami Gəncəvi təəssübkeşliyi”, “Milli kinomuzun inkişafında Heydər Əliyevin xidmətləri”, “Azərbaycan kinosu müstəqillik dövründə”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Milli musiqi mədəniyyətimiz və azərbaycançılıq” adlı bölmələrində Ulu öndərin mədəniyyət tariximizin inkişafı və onun ideyalarının əsas məqamları geniş formada təhlil edilib.
Müəllif, həmçinin Ümummilli liderin mədəniyyətin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamları, “Muzeylər haqqında Azərbaycan Respublikası Qanunu”nu Heydər Əliyev siyasi-mədəni kursunun predmeti olaraq götürüb və müxtəlif rakurslardan geniş təhlilini verib.
Kitabda Ulu öndərin ideyalıarının həyata keçirilməsində, Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun müstəsna rolundan da geniş söhbət açılır.
Yeni nəşr Gəncə şəhəri Nizami və Kəpəz bələdiyyələrinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr edilib.
XQ