Qubadlı rayonunda silah-sursat aşkar edilib

post-img

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Aşağı Xocamusaqlı kəndi ərazisində 2 qumbaraatan, 1 pulemyot və xeyli sayda müxtəlif çaplı patronlar aşkar olunaraq müvafiq qaydada götürülüb. 

Bu barədə XQ-yə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat