Yaradıcı sənaye həftəsi

post-img

Mədəniyyət Nazirliyinin təşkilatçı­lığı ilə noyabrın 27-dən dekabrın 3-dək Azərbaycanda yaradıcı sənayelər həftəsi (“Yaradıcı həftə”) keçiriləcək. Layihə­nin məqsədi mədəniyyət və yaradıcı sə­nayelərin vahid sahə kimi formalaşma­sı, bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi və sahəvi klasterləşmənin təşviqidir.

Bu münasibətlə təşkil olunan mətbuat konfransında mədəniyyət nazirinin mü­şaviri Cahangir Səlimxanov və digər rəs­milər jurnalistləri maraqlandıran mövzular, o cümlədən “Yaradıcı həftə” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər. Qeyd olunub ki, həftədə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birlikləri iştirak edəcəklər. 

“Yaradıcı həftə” çərçivəsində Mədəniy­yət və Yaradıcı Sənayelər Forumu və sərgi­si, “Yaradıcı müzakirələr”, Musiqi Sənayesi Platforması təşkil ediləcək, “GƏL, YARAT! Yaradıcılıq üzrə Marafon, Türk Dünyası Yumor Festivalı, “CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq, “Disney” studiyasının 100 illiyi qeyd olunacaq, eləcə də milli filmlərin ali məktəblərdə nümayiş­ləri, hakatonlar, təlimlər, türk dünyasının elektronik musiqi gecəsi, moda tədbirləri, təqdimat və digər tədbirlər keçiriləcək.

Qeyd edək ki, “Yaradıcı həftə” paytaxt­la yanaşı, bölgələri də əhatə edəcək. 

XQ

Sosial həyat