Ulu öndərin xatirəsinə dərin ehtiramla

post-img

Ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-si­yasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün Azərbaycan Hey­dər Əliyevin müəyyən etdiyi yolla öz gələcəyinə doğru inamla addımlayır.

Bu fikirlər Kürdəmirdə Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirdə YAP rayon təşkilatı­nın sədri Ayaz Cəbrayılovun giriş məruzə­sində səslənib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin inkişaf stra­tegiyasını müəyyənləşdirib və onun həya­ta keçirilməsi üçün mühüm addımlar atıb. Onun rəhbərliyi ilə görülən işlər yeni Azər­baycanın parlaq gələcəyini təmin edib. 

Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin 2003-cü ildə ölkə başçısı seçilməsindən sonra keyfiy­yətcə yeni mərhələ başlanıb, tarixi nailiy­yətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib.

YAP İdarə Heyətinin üzvü, professor Amin İsmayılov, YAP Veteranlar Şurası­nın üzvü Nazim İsmayılov öz çıxışlarında Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs ediblər. 

Şəhid anası Müşgünaz Həziyeva, parti­ya fəalı Şəfəq Ağayeva isə çıxışlarında qeyd ediblər ki, Ulu öndər xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 

Daha sonra rayonun ictimai-siyasi hə­yatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar və YAP sıralarına yeni qoşu­lanlara üzvlük vəsiqələri təqdim edilib.

İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri

Sosial həyat