Naxçıvanın xilaskarı

post-img

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda elmi konfrans keçirilib.

Toplantını giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, xüsusilə bu fəaliyyətin Naxçıvan dövrünün tarixi­mizə bəxş etdiyi mühüm tarixi günlərdən danışıb. Vurğulanıb ki, ötən əsrin 90-cı illərində ölkəni düşdüyü çətin vəziyyət­dən qeyri-adi idarəetmə bacarığına malik dövlət xadimi xilas edə bilərdi. Belə bir rəhbər Heydər Əliyevdən başqası ola bilməzdi.

“Heydər Əliyev İli” çərçivəsində AMEA-da, eləcə də Naxçıvan Bölmə­sində nəşr olunan əsərlərdən söz açan akademik diqqətə çatdırıb ki, il ərzində bölmədə Ulu öndərə həsr olunmuş 2 mo­noqrafiya, 1 kitab və ikicildlik konfrans materialları çapdan çıxıb.

Konfrans öz işini elmi məruzələrin təqdimatı ilə davam etdirib. Sonda maraq doğuran məsələlər ətrafında fikir müba­diləsi aparılıb, suallar cavablandırılıb.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat