Əmək Mərkəzi İƏT-in əmək, məşğulluq və sosial müdafiə sahələrində qəbul etdiyi qərarların icrasını sürətləndirəcək

post-img

"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin yaradılması təşəbbüsünə görə Prezident İlham Əliyevin müdrikliyini təqdir etmək çox məqsədəuyğundur".

Bunu İƏT-in Baş katibi Hissein Brahim Taha təşkilata üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılışında deyib.

"İƏT-in bu yeni ixtisaslaşmış təsisatının açılışı şübhəsiz ki, əlamətdar hadisədir. Bu, İƏT-ə üzv dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığın artırılması istiqamətində birgə səylərimizdə mühüm mərhələni təmsil edir.

İƏT Əmək Mərkəzi təşkilatın digər ixtisaslaşmış qurumlarına qoşulacaq. Yeni qurum əhalinin müxtəlif təbəqələri arasında sosial-iqtisadi bərabərsizlikləri aradan qaldırarkən müvafiq ölkələrimizdə işçi qüvvəsinin artırılması, layiqli əməyin təşviqi yolu ilə inkişaf problemlərinin milli və regional həllərini birləşdirməyə çalışacaq. Heç bir şübhə yoxdur ki, yeni təsisat İƏT-in əmək, məşğulluq və sosial müdafiə sahələrində qəbul etdiyi müxtəlif qərarların icrası istiqamətində fəaliyyəti sürətləndirəcək. İƏT Əmək Mərkəzi İKT-nin müxtəlif qurumları ilə əməkdaşlıq əlaqələri quracaq", - deyə Hissein Brahim Taha bildirib.

Sosial həyat