Sumqayıt şəhərində Zəfər Günü təntənələri

post-img

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı.  Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə sentyabr ayının 19-20-də, cəmi 1 gün ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu bərpa olundu. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qısası alındı.

Tədbir iştirakçıları Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan Qalib əsgər abidəsi önünə gül dəstələri qoyublar, şəhidlərimizin əiz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Bulvar ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, millət vəkilləri – Tahir Mirkişili, Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Genişmiqyaslı ağacəkmə aksiyası zamanı Sumqayıt bulvarı ərazisində 11 min zeytun ağacı əkilib.Sumqayıt şəhərində Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Bayramı tədbirləri axşam respublikanın incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib.

Açıq havada təşkil olunan konsertdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə şəhər sakini iştirak edib.

Azərbaycanın tarixi zəfərinin 3-cü ildönümü münasibətilə keçiriləcən konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Mir Yusif, Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev, Nadir Qafarzadə, Məleykə Əsədova, Təyyar Bayramov, Almaxanım Əhmədli, Namiq Məna iştirak edib.

Konsertin sonunda bayram atəşfəşanlığı təşkil olunub.

Əli NƏCƏFXANLI,
XQ.













Sosial həyat