Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Zəfər Marafonu təşkil olunmuşdur.
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, idmançılar, könüllülər iştirak etmişlər.
Şəmkir RİH başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq demişdir ki, marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.
İcra hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən danışaraq marafon iştirakçılarına uğurlar arzulamış və qeyd etmişdir ki, 44 günə əldə edilən qələbə dünya hərb tarixinə misli görünməmiş hadisə kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Bu ədalət savaşımızda şanlı Zəfəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazandıq. Bu gün yaşadığımız sevinc, qürur üçün biz onlara borcluyuq.
Daha sonra Zəfər Marafonuna start verildi. Yarış iştirakçıları Şəmkir şəhərində yerləşən Bayraq Meydanından Şəhidlər xiyabanınadək olan məsafəni qət etdilər.
Yarışda final xəttini ilk olaraq Turac Əliyev, ikinci Həsən Məmmədov keçdi. 3-cü yerin sahibi isə Əsəd Məmmədov oldu.
Qaliblər RİH tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Hamlet Qasımov,
“X.Q.-nin bölgə müxbiri