Azərbaycanın Qarabağ Zəfəri dünyanı dolaşır

post-img

Düz üç il əvvəl Ali Baş Komandan İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan xalqı Qarabağı erməni işğalçılarından azad edərək şanlı qələbə qazanmışdır. Bu tarixi hadisə hazırda dünyanın harasında yaşamalarından asılı olmayaraq, bütün soydaşlarımızda böyük ruh yüksəkliyi və coşqu yaratmışdır. Bu günlərdə planetin, demək olar ki, əksər ölkələrində xalqımızın Zəfər bayramı təntənəli şəkildə qeyd olunur. Bu tədbirlər barədə topladığımız bəzi məlumatları oxucuların diqqətinə çatdırırıq. 

Türkiyə

İstanbul Türkiyə–Azərbaycan Dər­nəyinin (İSTAD) sədri Səfər Qaraqo­yunlu Qarabağ Zəfərinin üçüncü ildö­nümü münasibətilə Azərbaycan xalqı, dövləti və Ordusunu təbrik edərək bil­dirib: 

“Bu şanlı Qələbə Azərbaycanla ya­naşı, Türkiyə və bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə­dir. Gələcək əməkdaşlıqlara və həmrəy­liyə təkan verən, Şuşa Bəyannaməsi ilə taclandırılan bu Zəfər bütün Türk dünyası üçün böyük nailiyyətdir. Bundan sonra gələcəyə istiqamət verməklə sabitliyin və sülhün təmin edilməsi region üçün qaçıl­maz reallıqdır. Azərbaycanın ərazi bütöv­lüyü uğrunda aparılan Vətən müharibə­sində qəhrəmanlıq göstərərək şəhid olan qardaşlarımızı rəhmətlə yad edir, qaziləri­mizə sağlam gələcək həyat arzulayıram. Zəfərin mübarək can Azərbaycan”.

Özbəkistan

Azərbaycanın Özbəkistandakı sə­firliyi və Heydər Əliyev adına Azərbay­can Mədəniyyət Mərkəzi (AMM) “Wy­ndham Tashkent” otelində xalqımızın Zəfər Günü ilə bağlı tədbir keçirib. 

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanın 44 günlük Vətən mühari­bəsi və Zəfər Günü haqqında məlumat verib, bu qələbə nəticəsində torpaqlarımı­zın Ermənistan işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasın­dan danışıb. 

Gürcüstan

Azərbaycanın Gürcüstandakı səfir­liyinin təşkilatçılığı ilə Tbilisidə Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilib.

Səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində “Xarıbülbül”ün, Şu­şanın, Xənkəndinin fotoları, eləcə də, 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlı­ğı əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb. Avtomobil paytaxt Tbilisinin mərkəzi küçə və prospektlərindən keçib.

Azərbaycanın Qələbə Gününü özün­də əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.

***

Gürcüstan Azərbaycanlıları Konqre­sinin 8 Noyabr Zəfər Günü münasibə­tilə dünya azərbaycanlılarına təbrikində xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Qarabağın tacı olan Şuşa şəhərinin uzun həsrətdən sonra 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi bildirilib.

Misir

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində 8 Noyabr Zəfər Günü və 9 Noyabr – Döv­lət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Azərbaycanın 2020-ci il sentyab­rın 27-də Ermənistanın hərbi təxribatları­na cavab olaraq əks hücuma keçdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən mü­haribəsində torpaqlarımızı işğaldan azad etdiyini söyləyib, nəticədə imzalanmış üçtərəfli Bəyanatla işğalçı dövlətin kapi­tulyasiya aktına imza atdığını vurğulayıb.

İordaniya

8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı sə­firliyinin binasında yerli ictimaiyyət nümayəndələri, iş adamları, eləcə də İordaniyadakı Azərbaycan icmasının üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov 8 Noyabr – Zəfər Günü­nün Azərbaycanın tarixindəki müstəsna əhəmiyyətindən söz açaraq, bu Zəfər Gününə aparan məşəqqətli siyasi və dip­lomatik yollar haqqında, tarixi Qələbənin xalqımızın milli qürur bayramı, dövlətimi­zin qüdrətinin təntənəsi olduğunu deyib.

Rusiya

Azərbaycanın Moskvadakı səfir­liyində Qarabağda böyük Qələbənin üçüncü ildönümü – Zəfər Günü müna­sibətilə bayram tədbiri keçirilib.

Səfir Polad Bülbüloğlu bildirib ki, 8 No­yabr – Zəfər Günü tarixi ədalətin bərqərar olmasının, beynəlxalq hüququn təntənə­sinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzidir. Bu gün ölkəmizin mədəni paytaxtı Şuşa azad edilib. Səfir bu şanlı qələbənin xalqımızın birliyi və mübariz ruh yüksəkliyinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun məharətinin nəticəsi olduğunu söyləyib, Qələbə naminə can­larından keçmiş Azərbaycanın cəsarətli oğul və qızlarının əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib.

***

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və Azərbaycan Mil­li-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diaspor sədri Vaqif Məmişev və baş konsul Sultan Qasımov 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızın qa­zandığı Qələbənin tarixi hadisə olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Zəfər Günü Azərbaycan Respublikasının Prezi­denti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasətin, ərazi bütövlüyümüzün bərpası məsələsində nümayiş etdirdiyi qətiyyətli mövqeyinin, xalqımızın və ordu­muzun mübarizəsinin bəhrəsidir.

Ukrayna

Kiyevdəki Səməd Vurğun adına kitabxanada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və görkəmli şuşalıların Ukrayna-Azərbaycan mü­nasibətlərinin inkişafında roluna həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev Şuşanın Azərbaycan xalqı üçün əhəmiy­yətindən, bu şəhərin qədim tarixindən, həmçinin onun şöhrətinin mənbəyi olan mədəniyyətindən ətraflı bəhs edib. 

Belarus

8 Noyabr Zəfər Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib.

Səfir Ülvi Baxşəliyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin tariximizə qızıl hərflərlə ya­zıldığını və hər il 8 noyabr tarixinin ölkə­mizdə Zəfər Günü kimi qeyd olunduğunu bildirib. Üç il əvvəl Azərbaycanın BMT Nizamnaməsi iləhər bir ölkəyə verilən hüquqdan – özünümüdafiə hüququndan istifadə edərək 30 ilə yaxın pozulmuş əra­zi bütövlüyünü, cəmi iki ay bundan əvvəl isə ölkənin bütün ərazisi üzərində suve­renliyini tamamilə bərpa etdiyini tədbir iş­tirakçılarının diqqətinə çatdırıb.

Moldova

Ölkəmizin Moldovadakı səfirliyi­nin önündəki “Qələbə” bağçasında Azərbaycanın Zəfər Günü qeyd edilib. “Qələbə” bağçasında XVIII əsrin məş­hur Azərbaycan şairi və ictimai xadim, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin barelyefinin açılışı olub.

Səfir Qüdsi Osmanov əvvəlcə xalqı­mıza bu Qələbəni bəxş edən, Azərbayca­nın ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xa­tirəsini yad edib. Səfir bu gün Xankəndidə keçirilən hərbi paradı qeyd edərək, xalqı­mızın qürur mənbəyi olan Qələbəni tarixi ədalətin bərpası və beynəlxalq hüququn təntənəsi adlandırıb. Diplomat Ermənis­tanın ölkəmizə qarşı destruktiv və işğalçı­lıq siyasətinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bildirib.

Fransa 

Fransanın Strasburq şəhərində 8 Noyabr Zəfər Günü təntənə ilə qeyd olunub.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Zəfər Günü mü­nasibətilə təşkil etdiyi tədbirdə şəhərin azərbaycanlı icmasının üzvləri və ölkəmi­zin dostları iştirak ediblər.

Milli Məclisin deputatı və ölkəmizin Avropa Şurası Parlament Assambleya­sında nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov iştirakçılara Zəfər Günü və Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Niderland 

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin və Qarabağ İdman Klubu­nun qərargahında Zəfər Bayramı qeyd edilib.

Benilüks Azərbaycanlıları Konqre­sinin sədri Elsevər Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi al­tında Ordumuzun rəşadətindən, xalqımı­zın Vətən müharibəsi günlərdə nümayiş etdirdiyi şücaət və birlikdən, Qarabağa qovuşmaqdan, İrəvana Qayıdış Konsep­siyasından söz açıb. O, bu istiqamətdə qarşıda duran məqsədlərdən, dinc yolla Qərbi Azərbaycana qayıdış perspektivin­dən danışıb.

Tədbir iştirakçıları vətənimizi və ölkə­dən kənarda yaşayan soydaşlarımızı 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik ediblər.

Materialları təqdim etdilər:
Tahir AYDINOĞLU,
Məsaim HACIXANLI,
Qulu KƏNGƏRLİ
XQ









Sosial həyat