“Zəfərə şahidlik edən bayrağım”

post-img

Dünən Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibə­sində erməni millətçilərinə qarşı savaşda tarixi qələbənin qazanılmasının üçüncü ildönümünə həsr olunmuş “Zəfərə şahidlik edən bayrağım” adlı dəyirmi masa keçirilib. 

Dəyirmi masada Müdafiə Nazirliyinin hərbi hissələrinin, idarə və müəssisələrinin, veteran təşkilatlarının, ictimai birliklərin, təhsil müəssisələrinin nümayəndələri, I Qarabağ və Vətən müharibəsi qa­ziləri iştirak ediblər. 

Məclisdə muzeyin rəisi, polkovnik Əzizağa Qənizadənin, baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun məruzələri və digər çıxışlar dinlənilib.

Qeyd edilib ki, Erməni işğalçılarına qarşı Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordu­sunun, xalqımızın zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, xalqımızın bir­liyi hesabına qazandıq. Bu, milli hərb tariximizdə Azərbaycanın ən böyük zəfəridir. Azərbaycan son əsrlərdə ilk dəfə tarixi torpaqlarını qaytarmağa nail oldu. 

Toplantıda mövzu ətrafında müzakirələr aparılıb, tarixi Zəfərə həsr olunmuş sənədli film nümayiş etdirilib. Dəyirmi masa bədii his­sə ilə davam edib.

Leyla QURBANOVA
XQ



Sosial həyat