Xalq təbabətində zəncəfildən virus xəstəliklərindən qoruyan ədviyyat kimi istifadə olunur. Amma, faydaları kimi özünəxas zərərləri olduğundan, ağına-bozuna baxmadan ondan həmişə istifadə etmək olmaz.
1. Zəncəfil selikli qişalara qıcıqlandırıcı təsir etdiyindən mədə-bağırsaq sistemində iltihab, yara olan zaman zəncəfildən istifadə məsləhət görülmür.
2. Sağlam qaraciyər üçün zəncəfil faydalı olsa da, kəskin və xroniki hepatit, qaraciyər sirrozunda əks-göstərişdir.
3. Öd daşı xəstəliyi zamanı zəncəfildən istifadə daşları tərpədə bilər və nəticədə daş öd kanalına düşə bilər. Bu da arzuolunmayan nəticələr verər.
4. Babasili olan insanlarda zəncəfil qanaxma yaradar.
5. Yüksək temperatur zamanı zəncəfilli çay hərarəti daha da yüksəldir.
Buna görə də zəncəfildən istifadə edərkən diqqətli olmaq lazımdır.
Z.HÜSEYNLİ
XQ