Şanxay Astronomiya Rəsədxanasının alimləri kəşf ediblər ki, Yerin dərinliklərində olan kütləvi anomaliya, təxminən, 4,5 milyard il əvvəl baş vermiş başqa bir göy cismi ilə toqquşmanın qalığı ola bilər. Ay, yəqin ki, bu fəlakət nəticəsində yaranıb.
Bu barədə araşdırma “Nature” elmi jurnalında dərc olunub. Ayın əmələ gəlməsi hələ də sirr olaraq qalır. Əsas nəzəriyyəyə görə, planetimiz mövcud olanda onu Teya kimi tanınan Mars böyüklüyündə protoplanet vurub. Ayın planetlərarası kataklizm nəticəsində meydana çıxdığı güman edilir.
Ayan NƏCƏF,
tələbə -jurnalist