Quşəppəyi faydalı dərman bitkisidir. Onun gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı yarpaqları saplaqlı, xırda, ağ rəngli çiçəkləri salxımvaridir. Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyini alaq otu bilərək məhv edirlər.
Bitki iltihabi xəstəliklərə qarşı çox faydalıdır. Bu xüsusiyyəti ilə həm də orqanizmi təmizləyir. Qanaxmalar zamanı, xüsusilə də burun qanaxmasında faydalıdır. Bağırsağın iş mexanizmini tənzimləyən bu bitki qəbizliyin qarşısını alır və həzm sistemini tənzimləyir. Həmçinin bağırsaq sancılarını aradan qaldırır.
Arterial təzyiqi tənzimləyən quşəppəyi ürək üçün də faydalıdır. Diş ağrılarında, ağız boşluğu xəstəliklərində yarasağaldıcı təsir göstərir. Böyrək və qaraciyərin funksional vəziyyətini tənzimləyir. Bağırsaq çatı və babasilin müalicəsinə kömək edir. Tərkibi kalsiumla zəngin olduğuna görə, sümük sağlamlığı üçün faydalıdır.
Z.HÜSEYNLİ
XQ