“Ədibin Evi” yazarları qələmlərini sınamağa dəvət edir

post-img

“Ədibin Evi” noyabrın 1-dən etibarən Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edir. 

2024-cü il martın 1-dək davam edə­cək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır. 

2017-ci ildə təsis edilən Mir Cəlal adı­na Hekayə Müsabiqəsinə bu günə qədər 1100-dən çox hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə bu ildən baş­layaraq illik keçiriləcək. 

Mir Cəlal adına IV Hekayə Müsabiqə­sinin şərtləri dəyişməz qalır. Müsabiqəyə təqdim edilən hekayələr Azərbaycan di­lində yazılmalı, həcmi 1500 sözdən çox olmamalı, yeni olmalı – əvvəllər çap və ya elektron şəkildə yayılmamalı, müəllif­lərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə [email protected] ünvanına göndəril­məlidir. 

Hekayə mövzusu sərbəstdir. Müsa­biqəyə 2024-cü il aprelin sonunda yekun vurulacaq. Mükafat fondu I yer üçün 3000 manat, II yer üçün (2 nəfər) 2000 manat, III yer üçün 1000 manat nəzərdə tutulub.

Qeyd edək ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci il­lərdə İçərişəhərdə yaşadığı məkanda ya­radılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur. 

XQ

Sosial həyat