Xarici jurnalda Azərbaycan həqiqətləri

post-img

Odessada çıxan “Mədəniyyət liqası” (“Liqa kulturı”) Ukrayna-İsrail birgə jurnalının 23-cü sayı işıq üzü görüb. Jurnalda bir sıra tanınmış mədəniyyət xadimlərinin, kulturoloqlarla bərabər, azərbaycanlı müəlliflərin də məqalələri dərc olunub.

Jurnalın “Mənəvi təkamül” rubrikasında Azərbaycan Respublikasının Prezidenti ya­nında Dövlət İdarəçilik Akademiyasının pro­fessoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədo­vun “Azərbaycan ruhi mədəniyyətinin inkişaf konsepsiyası”, “Elm” bölməsində “Mədə­niyyət elminin mahiyyəti və islahat imkan­ları” məqalələri yer alıb. Birinci məqaləsində o, ümummilli lider Heydər Əliyev və milli mədəniyyətin inkişaf aspektləri, Azərbay­can xalqının mədəni dəyərləri, Mədəniyyət Nazirliyinin yeni missiyası kimi məsələlərə toxunur. 

Kulturoloq 2-ci məqaləsində ölkəmizdə mədəniyyətin inkişafının prioritet olduğu­nu əsaslandırır, intellektual mədəniyyətdə tərəqqi meyllərinin dövlət və cəmiyyət həya­tında rolunu dəyərləndirir. Müəllif 100 illik yubileyi qeyd olunan ulu öndər Heydər Əli­yevin müasir Azərbaycanda dövlətçilik mə­dəniyyətinin yaradıcısı kimi xidmətlərindən ətraflı bəhs edir.

“İnkişaf və Dünya” İctimai Birliyinin yaradıcısı, Ukraynanın Vladimir Vinniçenko adına Beynəlxalq mükafatı laureatı, multikul­turalist Namazəli Mustafayevin “Titanların vətəndaş və elmi hünəri” adlı məqaləsi də jurnalın “Elm” bölməsində çap olunub.

Reyhan Əliyevanın “Əgər zamanı not işarələri ilə yazmaq olsaydı” adlı məqaləsi isə jurnalın “İncəsənət” bölməsində verilib.

Qeyd edək ki, “Mədəniyyət liqası” jurnalı ildə 2 dəfə və böyük tirajla çıxaraq bir sıra ölkələrdə yayınlanır.

XQ

Sosial həyat