Böyük Qayıdış Xankəndi sakinlərini də əhatə edəcək

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.

Xankəndiyə qayıtmağa, yenidən ta­rixi yurd yerlərində yaşamağa hazır ol­duqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadət­li silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhid­lərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər. 

Görüşdə Xankəndindən olan məc­buri köçkün icmalarının nümayəndələ­ri, ziyalılar, ictimai fəallar iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.

XQ

Gəncə

Sosial həyat