Baş prokurorun müavini: Ermənistan azərbaycanlılara qarşı nifrət bəsləməkdən imtina etməlidir

post-img

"Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı nifrət bəsləməkdən imtina etməlidir. Bununla yanaşı, reallıqları öz ictimaiyyətinə çatdırmalıdır”.

Bu fikirləri Azərbaycan baş prokurorunun müavini Elmar Camalov "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi"nə həsr olunmuş konfrans zamanı dedi. 

Elmar Camalov bidirdi ki, Qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb. 

Baş prokurorun müavini onu da diqqətə çatdırdı ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqları aparılmaqdadır. Həmçinin 44 günlük müharibə və postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq işləri davam etdirilir. 

 

Rizvan FİKRƏTOĞLU,

XQ

Sosial həyat