Səbinə Əliyeva: Ermənistan azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadə edir

post-img

"Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir".

Bu fikirləri İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatlarının təqdimatına həsr olunmuş konfransda səsləndirdi.

Ombudsman bildirdi ki, bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət alıb.

Səbinə Əliyeva qeyd etdi ki, Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair hesabat, o cümlədən azərbaycanlılara qarşı aparılan nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videomaterial da hazırlanıb. Bu materiallar əlçatanlığın təmini məqsədilə təsisatın rəsmi internet saytında və sosial şəbəkə hesablarında yayımlanıb.

Rizvan FİKRƏTOĞLU,
XQ

Sosial həyat