“Qreko qəhvəxanası”

post-img

Azərbaycan rəssamlıq sənətində silinməz iz qoyan Tahir Salahovun yaradıcılığının ən gözəl nümunələrindən biri də “Qreko qəhvəxanası”dır.

Realizm üslubunda hazırlan­mış bu əsər 2002-ci ildə ərsəyə gəlmişdir. Rəsm kətan üzərində və əsasən, yağlı boyalardan isti­fadə olunmaqla çəkilmişdir.

Tabloda kitab oxuyan qız tələbələrlə yanaşı, aynanın əks tərəfindən rəssamın öz portretini görürük.

Əsərin koloritində sarı, qırmı­zı rənglərin kontrastı ilk baxış­dan gözə çarpsa da, qara, boz və ağ rənglərin qarşılıqlı vəhdəti də diqqətdən yayınmır.

Hazırda bu dəyərli tablo Tahir Salahovun ev-muzeyində saxla­nılır və sənətsevərlərə nümayiş edilir.

 

Leyla HADİ,
tələbə-jurnalist

Sosial həyat