Həştərxan Dövlət Opera və Balet Teatrının kiçik zalında “Müslüm Maqomayevin xatirəsinə” adlı konsert təşkil olunub. Anşlaqla keçən gecədə tamaşaçılar Müslüm Maqomayevin repertuarından unudulmaz “hitləri” dinləyiblər. Onların arasında italyan kompozisiyaları da olub.
Konsertdə 1979-cu ildə “Azərbaycanfilm”də lentə alınan və Müslüm Maqomayev üçün təkcə aktyorluq deyil, həm də bəstəkarlıq debütünə çevrilmiş “Arası kəsilmiş serenada” filmindən Robert Rojdestvenskinin şeirinə yazılmış “Əgər dünyada məhəbbət varsa” mahnısı da ifa olunub.
Bundan başqa, məşhur ifaçının ölməzlik qazanan daha bir çox kompozisiya və musiqiçi, dostu Gennadi Kozlovskinin şeirinə yazdığı əfsanəvi “Mavi əbədiyyət” əsəri ifa olunub.
Proqramın müəllifi Həştərxan Opera və Balet Teatrının rejissoru Yuliya Skriçenkovadır. Konsertin aparıcısı onun özü olub.
R.SƏADƏT
XQ