DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Məqsəd DOST konsepsiyasını tanıtmaq, həmçinin bu sahədə özbəkistanlı həmkarlarla təcrübə mübadiləsi aparmaqdır.
Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyində keçirilən görüşdə F.Məmmədov DOST konsepsiyası, “bir pəncərə” modeli ilə xidmətin təşkili prinsipləri, bu sahədə fəaliyyətin nəticələri və sosial xidmətlər sahəsində əhəmiyyəti barədə məlumat verib.
Xatırladaq ki, Azərbaycanda sosial sahədə son illərdə əldə olunan uğurlu təcrübənin öyrənilərək tətbiqinə maraq göstərən ölkələrdən biri də Özbəkistandır.
Zərifə HÜSEYNOVA
XQ