Azərbaycan – Türkiyə sosial xidmət əməkdaşlığı genişlənir

post-img

Türkiyə Respublikasının Ailə və sosial xid­mətlər naziri xanım Mahinur Özdemir Göktaşın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində 1 saylı DOST Mərkəzində göstərilən xidmətlərlə tanış olub. 

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında 2024–2025-ci illər üzrə Fəaliyyət Planı imzalanıb. 

Sənəddə uşaqların sosial müdafiəsi və onla­ra göstərilən qayğı xidmətləri, həssas qrupların əmək bazarına inteqrasiyası, qadınların məş­ğulluğu, himayədar ailə, aktiv yaşlanma və s. sahələrdə əməkdaşlıq istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər əksini tapır.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat