Bakı sevgi obyektivində

post-img

Bakıdakı Rus evində jurnalist İradə Əsədovanın “Bakı, sevgim mənim” adlı fotosərgisinin açılışı olub. Tədbir Bakıdakı Rus evində fəaliyyət göstərən Fotoklubun layihəsi çərçivəsində keçirilib.

Sərgidə şəhərin müasir ruhunu əks etdirən 20 foto əsəri nümayiş olunub. Ekspozisiya parlaq və sol­ğun rənglərin, donub qalmış forma­ların və insanların qaynar axınının çərçivələrinin, kəskin təsvirlərin və gündəlik fonun yaratdığı təzadlar üzərində qurulub.

İradə Əsədova fotoqraf, bloger və jurnalistdir, ölkənin mədəni həyatının işıqlandırılmasına verdiyi töhfələr bir sıra mükafatlarla qiymətləndirilib. Sərgi müəllifinin sözlərinə görə, Bakı onun üçün tükənməz ilham mənbə­yidir. Şəhərə olan sevgi, hətta hər bir bakılıya yaxşı məlum olan yerlərdə belə fotoqrafa bənzərsiz kadrlar tap­mağa kömək edir. Şəhərin hələ tam sezilməyən və incəlik bəxş edən ru­hunu tutmaq bacarığı onun foto əsər­lərini mülayimlik, sevgi və rahatlıqla dolğunlaşdırır.

Layihənin kuratoru qismində fo­toqraf Vsevolod Tsurikov çıxış edib. Tədbirin musiqi qonağı Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova, aparıcısı isə Lalə Həsə­nova olub.

XQ

Sosial həyat