Xankəndim – Cankəndim, gözlərin aydın!

post-img

Bu günlərdə sosial şəbəkələrdə müstəqil Azərbaycanın üçrəngli bay­rağının Ali Baş Komandan tərəfindən Xankəndidə ucaldılması ilə bağlı bir-birindən maraqlı çoxsaylı pay­laşımlar edilir. Bu əlamətdar hadisə ilə bağlı istedadlı şair-publisist Həzi Həsənli də təsirli bir şeir yazıb:

Bu günü görməkçün günləri saydıq,

Ucaldı göylərə Xanbayrağımız!

Xankəndim - Cankəndim, gözlərin aydın!

Yox oldu candakı ağrılarımız...

Mənim Xanbayrağım dağlardan uca,

Gözəl Xankəndimi nə gözəl bəzər!

Bayrağım zirvədə dalğalanınca,

Sevincim dünyanı dolanar, gəzər...

Sənsən ucalığın arzu qitəsi,

Sənsən ucalığın ən son nöqtəsi!

Canbayrağım, Xanbayrağım,

Zirvədən baxan bayrağım,

Düşməni yaxan bayrağım!!!

 

Bakı, 15.10 2023

 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat