Biz də onu qoruyaq
Limfa vəziləri, əsasən oynaq nahiyyələrində yerləşir və bədənimizi müxtəlif viruslardan, mikroblardan, şiş hüceyrələrindən qoruyur. Əgər limfa vəzisi şişibsə, deməli, həmin vəziyə yaxın yerlərdə bir problem (iltihab) var.
Limfa vəziləri 1–1,5 santimetrdən artıq böyüyübsə, bu, vəzin şişməsi deməkdir. Bəzən adi soyuqlama zamanı vəzilərdə böyümə hiss edilir, amma yenə əvvəlki vəziyyətə qayıdır. Çox hallarda böyümüş limfa vəzilərini yerinə görə müalicə etmək olur. Məsələn, çənəaltı nahiyyədə vəz şişibsə, bu ağız boşluğundan və boğaz ağrısından ola bilir. Onda ağız boşluğu və boğaz iç tərəfdən 30 qram propolis, 200 qram bal və 2 xörək qaşığı ud hindi qarışımı ilə gündə 3 dəfə silinməlidir. Ağızda və boğazda iltihablanma keçən kimi limfa vəziləri də kiçilir. Qoltuqaltı vəzilər şişibsə, demək, ağciyərlərdə problem yaranıb.
İmmunitet üçün hər birindən 40 qram olmaqla zəncəfil, qarazirə, ud hindi, güldəfnə (hilba), jenşen götürülür. Bitkilərin hamısı quru halda üyüdülüb toz halına salınır. 50 qram propolis 1 gün soyuducunun buzxanasında saxlanıb sonra sürtkəcdən keçirilir, 1 kiloqram bal da əlavə edilib hamısı bir-birinə qarışdırılır.
Z.HÜSEYNLİ
XQ