Arazqırağı bölgə “Rənglərin sehrində”

post-img

Füzuli rayonunda Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Rənglərin sehrində” adlı rəsm sərgisi keçirilib. Rəsm sərgisi Füzuli Rayon İcra Hakimiyyə­tinin və Füzuli Rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Horadiz Muğam Mərkəzində təşkil olunub. 

Tədbirdə rayon rəsmiləri, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, şəhid ailələri, qazilər, məktəb­lilər, gənclər və ictimaiyyət nümayəndələ­ri iştirak ediblər.

Sərgidə Füzuli rayon mədəniyyət müəssisələrinin dərnək üzvü olan həvəs­kar rəssamların 50-dən çox peyzaj, port­ret janrında, eləcə də naturadan çəkilmiş rəsm əsəri nümayiş olunub.

XQ

Sosial həyat