“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə pik saatlarda ictimai nəqliyyatda yaranan sərnişin sıxlığını nisbətən azaltmaq, eləcə də daha çox sərnişini qatarlarla təhlükəsiz və vaxtında mənzil başına çatdırmaq məqsədilə 13 oktyabr 2023-cü il tarixindən ekspres qatarının fəaliyyətinə start verilib.
Xəbərdə qeyd olunur ki, oturacaq tipli vaqonlardan ibarət ekspres qatarı aralıq stansiya və dayanacaqlarda dayanmadan Bakıdan Sumqayıta və geriyə hərəkət edəcək. Qatar gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd reys olmaqla sənişindaşımanı həyata keçirəcək.
Sonda bildirək ki, ekspres qatarı Slovakiyada əsaslı bərpa və modernizasiya olunmuş 5 vaqondan ibarətdir və gündəlik olaraq 1000-dən çox sərnişinin daşınması üçün imkan yaradacaq.
XQ