Keçi südü – həm qida, həm məlhəm

post-img

Keçi südü inək südü ilə müqayisədə həm qida, həm də sağlamlıq baxımından faydalıdır. Bu süd vitaminlər (A, B2, B12 və D) kimi, minerallar (kalsium, fosfor, maqnezium) və zülal da daxil olmaqla vacib qidalarla zəngindir. 

İnsanlar keçi südünü inək südündən daha asan həzm edirlər. Bunun səbəbi, keçi südünün daha kiçik yağ hissə­ciklərinə və fərqli protein struk­turuna (beta-kazein növü A2) malik olmasıdır. Bu süd inək südündən daha az laktoza (süd şəkəri) ehtiva edir ki, bu da həzmi asanlaşdırır.

Keçi südü inək südünə nisbətən daha az allergiya ya­radır. Tərkibindəki selenium antioksidan xüsusiyyətlərə malik vacib mineral, kalium isə ürək sağlamlığı və qan təzyiqi­nin qorunması üçün vacibdir. Süddəki yüksək nisbətdə orta zəncirli yağ turşuları orqanizm üçün asanlıqla enerji toplayır.

Keçi südü tərkibindəki mi­neral, vitamin, zülal və digər maddələrə görə bağırsaq sağ­lamlığı və immunitet sistemini dəstəkləyir, sağlam sümükləri və dişləri qoruyur.

 

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat