Təbabət ömrü uzadır

post-img

Biotibbi mühəndislik tədqiqatları tibbin inkişafında mühüm rol oynayır. XX əsrdə orta ömür uzunluğunun əhəmiyyətli dərəcədə artması bəşər tarixində baş vermiş ən böyük sıçrayışdır. 

1665-ci ildə Londonda yoluxucu xəstəliyə tutulanların 93 faizi ölürdüsə, 2000-ci illərdə bu nisbət 4 faizə enmiş­dir. Belə ki, mikroorqanizmləri öldürən bir sıra antibiotiklərin kəşfi yoluxucu xəstəliklərin yayılmasının qarşısını al­mışdır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Zeynəb Bağırova qeyd edir ki, biotibbi mühəndislik tibb, fizika, kompüter elmləri və mühəndis­liyin digər sahələri ilə sıx bağlıdır. Tibb müəssisələrinin kliniki fiziologiya, ney­rofiziologiya, kardiologiya, reanimasiya və cərrahiyyə kimi bölmələrində biotibbi mühəndislər mühüm rol oynayırlar.

XQ

Sosial həyat