NASA Günəş sistemindəki ən bahalı asteroidə kosmik gəmi göndərir. “Psixeya” (“Psyche”) adlı gəminin orbitə buraxılması 12 oktyabr üçün nəzərdə tutulsa da, hadisə hava şəraiti ilə əlaqədar 13 oktyabrda gerçəkləşib.
Gəminin tədqiq edəcəyi asteroid dəmir və nikeldən təşkil olunan bir çox başqa qiymətli metallardan ibarətdir. Onların ümumi dəyəri 10 000 kvintilyon dollar təşkil edir.
Təxminən 280 kilometr eni olan asteroid Günəş sistemindəki ən böyük səma cisimlərindəndir. O, Yerdən təxminən 600 milyon kilometr məsafədə, əsas asteroid qurşağında yerləşir. 1852-ci ildə kəşf edilib.
Asteroidi araşdıracaq kosmik gəmi günəş panelləri, maqnitometr, spektrometr və asteroidin səthinin təsvirlərini köçürmək üçün xüsusi kamera ilə təchiz edilib.
Kosmik aparatın asteroidə 2029-cu ildə çatacağı gözlənilir, bu müddətdə o, ümumilikdə 3,5 milyard kilometr yol qət edəcək.
FİDAN
XQ