Oftalmoloqların Masallı konfransı

post-img

Akademik Zərifə Əliyevanın 100, Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunmuş “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfrans keçirilib. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşkil etdiyi məclisin Masallıda keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, bu sahədə baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadəsinə dəstək olmaqdır. 

Konfransı giriş sözü ilə Azərbay­can Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Of­talmologiya Mərkəzinin direktoru, pro­fessor Elmar Qasımov açaraq tədbirin keçirilmə məqsədindən, Masallı filialı­nın 15 il ərzindəki fəaliyyətindən, əha­liyə yüksək xidmətindən bəhs edərək oftalmologiyanın regionlarımızda dur­madan artan inkişafını və gələcəkdə daha da irəli getməsi ilə bağlı görülə­cək işlərdən bəhs edib. O, həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına hər zaman dəstəyini davam etdirəcəyini bildirib.

Türk Cümhuriyyəti Oftolmoloji Dər­nəyinin (TCOD) fəxri sədri Dr. Sunay Duman, TCOD-un sədri professor Öner Gelişken, Türkiyə Oftalmoloji Dərnəyinin sədri, professor Ziya Kap­ran və Suleyman Kaynak Masallı fili­alının 15 illiyi münasibəti ilə keçirilən məclisə videoformatda qoşulublar. 

Sonra məruzələr dinlənildi, müza­kirələr aparıldı.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat