Şərəfli döyüş yolu

post-img

“Elm və Təhsil” nəşriyyatında jurnalist Pünhan Əfəndiyevin Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Azərbay­can Bayrağı” ordenli şəhid Elvin Ab­durahmanova həsr edilmiş “Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sı­ğınma” kitabı nəşr edilib.

Kitabda Elvinin həyatından, hərbi xid­mət illərindən, 44 günlük Vətən mühari­bəsindəki döyüş yolundan bəhs edilir. Onun döyüş yoldaşlarının şəhid haqqın­da xatirələrinə də geniş yer verilib. Qeyd olunub ki, müharibənin 5-ci günü düş­mən gülləsinə tuş gələn Elvin az vaxtda bir sıra strateji yüksəkliklərin azad edil­məsində qəhrəmanlığı ilə seçilib. 

Zabit şərəfini hər şeydən üstün tu­tan, ölümün gözünə dik baxan Elvinin şəxsi keyfiyyətlərinə də kitabda diqqət cəlb edilib. “Şuşada olmamışam, oranı görməyi çox istəyirəm”, – deyirmiş Elvin. Təəssüf ki, bu ona qismət olmadı. Amma qəhrəman ordumuzun 44 günə Qaraba­ğı və Şuşanı işğaldan azad etməsi onun da, digər şəhidlərimizin də ruhunu şad etdi.

Kitabın mütaliəsindən yaranan ümu­mi nəticə bundan ibarətdir ki, Vətən sev­gisi Elvin kimi qəhrəmanların dilində yox, əməllərində olub. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət