İstedadlı şairin 2 kitabı

post-img

Ankarada “Çağdaş Azərbaycan şairi Əlizadə Nurinin şeir dünyası­na yolçuluq” kitabı, eləcə də Bakıda “Sənə yağış dərirəm...” adlı şeir və poemalar toplusu çapdan çıxıb.

Qardaş ölkədə işıq üzü görmüş ki­tabın müəllifləri İlkin Gülüsoy və Habibe Aydır. İlk bölümdə şairin ədəbi şəxsiy­yətindən bəhs edilir, sonrakı bölümlərdə isə onun şeirləri çözümlənir və bədii nü­munələri oxuculara təqdim olunur.

Özünü obrazlı şəkildə “Payız adam” adlandıran Əlizadə Nurinin “Sənə yağış dərirəm...” kitabında isə yaşı 60-ı haqla­mış şairin pəncərəsində “ağlayan yağış”­la bağlı assosiativ gəzişmələri, həmçinin Vətən, sevgi duyğulu könül çırpıntıları əks etdirilib. Orijinal təşbehlər, metafora­larla zəngin şeirlər maraqla oxunur.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət