Saz və sazbəndlər

post-img

“Sazbəndlik sənəti və sazbəndlər” adlı kitabı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə“Ozan Dünyası” Aşıq Yaradıcılığı­nın Təbliği İctimai Birliyi hazırlayıb.

Nəfis tərtibatda işıq üzü görən kitab aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mü­hüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunub. Kitabda sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. Eyni zamanda mahir sazbəndlər haqqın­da qısa tanıtım məlumatları verilir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhər­rəm Qasımlının “Ön söz” yazdığı kita­bın müəllifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Əsərin elmi redakto­ru ADPU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüsey­novadır. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət