Milli musiqişünaslıq tarixi

post-img

“Elm” nəşriyyatında görkəmli mu­siqişünas, Əməkdar incəsənət xadi­mi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqişünaslığı: mü­hüm mərhələlər” adlı kitabı ictimaiy­yətə təqdim edilib. 

Azərbaycan musiqişünaslığının mühüm mərhələləri və problemlərinin araşdırıldığı kitab 8 bölmədən ibarətdir. Müəllif elmi mütəxəssislərlə bərabər, bu sahə ilə maraqlanan oxucuları da mu­siqişünaslığımızın tarixi ilə tanış edir.

Tədqiqatın müqəddiməsinin müəllifi akademik İsa Həbibbəyli, redaktorla­rı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Aidə Tağızadə, sənətşünaslıq üzrə fəl­səfə doktoru, Əməkdar mədəniyyət iş­çisi Ülkər Talıbzadə, rəyçiləri – AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovdur.

Kitabda müəllifin son illərdə rus və ingilis dillərində çıxan məqalələri xarici oxucular üçün təqdim edilib.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət