Qazilər üçün kiçik biznes

post-img

Dövlət Məşğulluq Agentliyi tərə­findən Bakı və Sumqayıt şəhərlərin­də daha bir qrup müharibə veteranına özünüməşğulluq proqramı üzrə aktiv­lər təqdim edilib. Seçdikləri fəaliyyət istiqamətləri (avtomobil şinlərinin bər­pası və təmiri xidmətləri) üzrə lazımi avadanılıqlarla təmin edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, tarixi Zəfəri­mizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə cari ilin 1 sentyabr tarixinə qədər şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19 min 600 şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. On­lardan 10 min 100 nəfər özünüməşğulluq proqramına cəlb edilib və həmin şəxslər üçün proqramın dəstəyi ilə kiçik təsərrü­fatlar yaradılıb.

Proqrama cəlb edilənlər öncə təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmə­dən keçərək aktivlərlə təmin olunurlar. Ak­tivlərlə təmin olunan şəxslərə sonrakı mər­hələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat